Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörək bahalaşıb? - Agentlikdən AÇIQLAMA (Video)

12.02.2026 21:50 1 014
Çörək bahalaşıb? - Agentlikdən AÇIQLAMA (Video)
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, "baton" çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir.

Baku TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb.

"Baton" çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb", - alıcılardan biri belə deyib.

Satıcılardan biri isə bildirib: "Qiymət artımı yoxdur, nə zavod, nə də "baton" çörəyində".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Agentlik tərəfindən Bakı şəhəri və regionlarda əhalinin daha çox istehlak etdiyi dairəvi zavod çörəyi də daxil olmaqla 30-dan yuxarı çörək çeşidi üzrə monitorinqlər aparılıb:

"Aparılan monitorinqlər nəticəsində dairəvi zavod çörəyinin çəkisi və qiymətində, eləcə də digər çörək çeşidlərinin qiymətində hər hansı artım müşahidə edilməyib.

Qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər".
скачать dle 11.3
Mojo.az Banner