Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

11.02.2026 11:56 681
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Fevralın 14 və 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Son xəbərlər