Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bu səhv uşaqları yalançıya çevirə bilər - AÇIQLAMA

04.02.2026 20:22 432
Bu səhv uşaqları yalançıya çevirə bilər - AÇIQLAMA
Razılıq almaq üçün valideynlər bəzən uşaqlara hələ kiçik yaşlardan xoş sonluqlu yalan vədlər verirlər. Bu cür vədlər uşağı sakitləşdirmək və ya istənilən davranışı əldə etmək üçün qısa müddətdə effektli görünsə də, zamanla etibar hissini zəiflədə bilər. Uşaq böyüdükcə deyilənlə edilən arasındakı fərqi anlayır və bu, həm valideyn-uşaq münasibətlərinə, həm də onun gələcəkdə verdiyi vədlərə təsir göstərir. Nəticədə, dürüstlük anlayışı şüuraltı şəkildə zədələnmiş olur.

Uşaqlara yalan vəd vermək nə dərəcədə doğrudur? Bu, uşaqların sonradan şəxsiyyət kimi formalaşmasında hansıssa problem yarada bilərmi? Valideynlər bu kimi məsələlərdə nələrə diqqət etməlidirlər?

Median.Az-ın məlumatına görə, mövcud suallarla bağlı sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bildirib ki, valideynlər “xoş" yalanların qısamüddətli həll, uzunmüddətli problem, bəzən uşağı sakitləşdirmək və ya sözə baxmasını təmin etmək üçün “indi sakit ol, sonra alarıq” və ya “söz verirəm, gələn dəfə gedərik” kimi vədlər verir:

“Belə vədlər həmin an vəziyyəti xilas etsə də, bu cür “xoş sonluqlu” yalanlar, əslində, uşağın gələcəyinə və bizə olan etibarına zərər vurur. Bəs uşaqlar yalanı necə başa düşür? Uşaqların yaşından asılı olaraq reallığı qavrama tərzi dəyişir. Belə ki, 3-5 yaşı uşaqlar nağılla gerçəyi qarışdıra bilərlər. Onların dediyi uydurmalar çox vaxt aldatmaq məqsədi daşımır. Amma valideynin bilərəkdən verdiyi və yerinə yetirmədiyi vədlər uşağa ilk "yalan dərsi"ni keçir. Eyni zamanda, məktəb dövründə uşaq böyüdükcə səbəb-nəticə əlaqəsini anlayır. Valideynin sözü ilə əməli düz gəlməyəndə o belə bir nəticəyə gəlir: “Deməli, istədiyimi əldə etmək üçün yalan danışmaq olar”".

Neyropsixoloqun sözlərinə əsasən, tədqiqatlar göstərir ki, valideyn uşağın ən böyük örnəyidir:

“Əgər valideyn tez-tez yalan vəd verirsə o zaman uşaq valideyninə güvənməməyə başlayır, problemlərini yalanla həll etməyə meyillənir və özünə dəyər vermək uşağın gözündə adi, əhəmiyyətsiz bir şeyə çevrilir. Bu etibarsızlıq hissi uşağın gələcəkdə dostları, həyat yoldaşı və iş yoldaşları ilə quracağı münasibətlərə də kölgə salır. Uşaqlıq şəxsiyyətin təməlidir. Bu dövrdə yalanı "normal" görən uşaq məsuliyyət hissini itirə bilər, vicdanı qarşısında özünə haqq qazandırmağı öyrənər və dürüstlük əvəzinə, "nə yolla olur-olsun məqsədə çatmaq" prinsipi ilə yaşayar. Bu halda valideyn bəzi məqamlara diqqət yetirməlidir. Belə ki, daha sağlam bir münasibət üçün uşaq eşitdiyini deyil, gördüyünü təkrar edir. Valideynlər dürüst olarsa, uşaq da dürüst olacaq. Əgər bir şeyi etmək imkanınız yoxdursa, uşağa dərhal "yox" deyin və səbəbini izah edin. Onu yalanla sakitləşdirmək gələcəkdə daha böyük narazılığa səbəb olur. Həmçinin, uşaq yalan danışanda onu cəzalandırmazdan əvvəl "niyə?" deyə düşünün. Bəlkə, qorxduğu üçün və ya diqqət çəkmək üçün belə edir? Balaca uşaqlara sadə dildə, böyüklərə isə vəziyyətin səbəblərini məntiqlə izah edin. Uşağa doğru davranışı öyrətməyin ən qısa yolu dürüstlükdür. Unutmayın, uşaq sizin nəsihətlərinizi deyil, hərəkətlərinizi yadda saxlayır”.

Son xəbərlər