Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR

04.02.2026 12:50 708
Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR
"Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır".

Bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:

"Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir.

Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir".

Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:

"Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, bu layihələr təsadüfi qərarlara deyil, Bakıda tətbiq olunan "rəqəmsal əkiz" (digital twin) modeli əsasında hazırlanır. Bu alət vasitəsilə şəhərdə mövcud nəqliyyat axınları, ictimai nəqliyyat növlərinin yükü, hərəkət intensivliyi və ümumi vəziyyət kompleks şəkildə təhlil olunur. Toplanan məlumatlar əsasında hansı layihələrin nəqliyyat sisteminə necə təsir göstərəcəyi əvvəlcədən modelləşdirilir və yeni istiqamətlər müəyyənləşdirilir".

Rauf Ağamirzəyev sonda qeyd edib ki, ilkin mərhələdə beş əsas tramvay istiqaməti elan olunub:

"Onlardan biri 2030-cu ilədək Mehdiabad-şəhər mərkəzi marşrutu üzrə həyata keçiriləcək. Sonrakı mərhələlərdə isə Bayıl-28 May istiqaməti, 28 Maydan şəhəri keçməklə Nargilə ərazisi üzərindən Həzi Aslanov istiqaməti, eləcə də Pirşağıdan "Sea Breeze" və Mehdiabadı birləşdirən radial yolun çəkilməsi planlaşdırılır.

Bununla yanaşı, Yeni Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də tramvay xəttinin salınması nəzərdə tutulur. Bütün bu xətlər vahid şəbəkə şəklində birləşdirilərək, Bakıda müasir, dayanıqlı və effektiv ictimai nəqliyyat sistemi formalaşdıracaq".
//Baku.ws

Son xəbərlər