Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bacısı oğlundan sabiq deputata ittiham: "Ştutqart"ı qanunsuz yolla əlimizdən alıb"

21.01.2026 17:43 453
Bacısı oğlundan sabiq deputata ittiham:
Avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.

Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu ittihamı irəli sürən isə kənar şəxs deyil, sabiq deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.

Median.Az xəbər verir ki, Qaynarinfo.az Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.

O bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:

"Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yaxınlar bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesi əlimizdən alıb".

P.Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə çox yaxın dost olub:

"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan sui-istifadə etdi, arxasında duran məmurların dəstəyi ilə mağazalar şəbəkəsini əlimizdən aldı. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə hərəkət edib. Lakin biz mağazamızı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".

Pərviz Abdullayevin iddiaları ilə bağlı sabiq Milli Məclis üzvünün mövqeyini öyrənmək mümkün olmayıb. Saytın əməkdaşının zənginə keçmiş deputatın köməkçisi cavab verib. O, N.Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.скачать dle 11.3
Mojo.az Banner