Mojo.az Banner
15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |    
Left Banner
Right Banner

Keçmiş işçisi ilə AZZA arasında məhkəmə çəkişməsi

22.02.2024 22:20 1 362
Keçmiş işçisi ilə AZZA arasında məhkəmə çəkişməsi
Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı mağazalar şəbəkəsinin keçmiş işçisi Nihad Kərimzadədir.

Onun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.

Nihad Kərimzadənin mediada AZZA haqqında şikayəti dərc edilib. O, bildirib ki, AZZA-da işləməyə başladığı dövrdən mütəmadı olaraq əmək və istirahət hüququ pozulub.

Bundan başqa, Nihad Kərimzadəyə audit vəzifəsinə təyinat aldığını deyilsə də, sonradan məlum olub ki, o, sadəcə nəzarətçi kimi işə götürülüb.

"Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik - Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu "səhv" aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır", deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner