Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU

14.01.2026 15:44 480
Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla münasibətdə olan zaman videoları lentə alınıb.

Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü Nazlı Qılıcova və Dilşad Əhmədova saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər