Mojo.az Banner
18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |     15:40 DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın  |     15:35 DSX-də generalların yeri dəyişdi - Pirizadə Elçin Quliyevin müavini oldu  |     15:31 Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO  |     15:23 Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO  |     15:19 “Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR  |     15:12 Tacikistanda 5.5 maqnitudalı zəlzələ qeydə alınıb  |     13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |    
Left Banner
Right Banner

Borca görə qətl: 18 illik həbs cəzası yenidən nəzərdən keçiriləcək

14.01.2026 13:24 456
Borca görə qətl: 18 illik həbs cəzası yenidən nəzərdən keçiriləcək
Gəncədə adam öldürmədə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə təşkil olunacaq məhkəmə tərkibi tərəfindən baxılacaq.

Xatırladaq ki, hadisə 11 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhərində baş verib. Həmin gün 42 yaşlı ingilis dili müəllimi Əli Bayramovun qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, dörd nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov özünün və 22 yaşlı oğlu Ayxanın tanışları olan 28 yaşlı Niyazi Bayramov və onun qardaşı, 36 yaşlı tarix müəllimi Kamal Bayramova bıçaq xəsarətləri yetirib. Bundan sonra K.Bayramov odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürüb.

Hadisə yerinə dərhal prokurorluq və polis əməkdaşları cəlb ediliblər, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bıçaq xəsarətləri almış Niyazi və Kamal Bayramov xəstəxanaya yerləşdiriliblər.

İstintaq zamanı aşkar olunub ki, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Əli Bayramovla qohum olub və hətta bir müddət onun evində yaşayıb. Münaqişənin əsas səbəbi isə maliyyə məsələləri olub - Əli Bayramov Kamal Bayramovun ailə üzvlərindən əvvəlcə 5 000, daha sonra isə 2 700 manat borc alıb, lakin bu vəsaiti qaytarmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsi K.Bayramovu 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edərək cəzasını 18 ilə endirmişdi.

İndi isə məsələyə Ali Məhkəmədə yenidən baxılacaq və bu işlə bağlı yekun qərar qəbul ediləcək.скачать dle 11.3
Mojo.az Banner