Mojo.az Banner
19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxanada hamilə qadına "sabaha sağ qalsanız, müraciət edərsiniz" deyilib? - Doğuş zamanı övladını itirən anadan ŞOK İTTİHAM (Video)

14.01.2026 11:58 1 098
Xəstəxanada hamilə qadına
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq öldü''.

Bunu ''Xəzər Xəbər''ə paytaxt sakini Aytac Vahabova deyib.

Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcili yardım avtomobili ilə "Yeni Klinika"ya aparılıb. Orada onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.

"Gecə növbəsində ginekoloq Sevinc Məmmədova idi. Məni otaqda gözlətdilər. Təxminən bir saat, saatyarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Mən artıq getməliyəm. Əgər sabah sağ qalsanız, bətninizdəki övlad da sağ qalarsa, o zaman yenidən müraciət edərsiniz - səhər növbəsində kim olacaqsa, ona", - deyə şikayətçi baş verənləri nəql edib.

Aytac Vahabova Sevinc Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edirlər.
скачать dle 11.3
Mojo.az Banner