Mojo.az — elanlar
Son Xəbərlər
13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü

28.05.2025 15:21 816
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.

Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Səlimova Sevil yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.

İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:

"Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.”

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
 
///Report

Son xəbərlər