Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şamaxı və Göyçay heyvan satışı bazarları FƏALİYYƏTƏ BAŞLADI

10.01.2026 13:13 1 008
Şamaxı və Göyçay heyvan satışı bazarları FƏALİYYƏTƏ BAŞLADI
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

Son xəbərlər