Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu

09.01.2026 21:50 585
Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu
"Özünü piar etmək üçün insanların həyatı barədə yalan məlumatlar yaymaq qanunazidd hərəkətdir".

Median.Az
xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında hüquqşünas Pərviz Hacıyev son günlər reabilitasiya mərkəzləri ətrafında baş verən hadisələri şərh edərkən bildirib.

O vurğulayıb ki, sözügedən məsələləri şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirmək olar:

"Zərərçəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Çünki bir çox məsələlərin açıqlanması doğru deyil. Həmin şəxslər əksərən reabilitasiya mərkəzlərinə yaxınlarından, ictimaiyyətdən xəbərsiz gedirlər. İstəyirlər ki, bunu ailəsi, qohumları bilməsin. Müəyyən hallarda isə mərkəz rəhbərləri populyar şəxslərdən istifadə edərək özlərininin piarı qurur, yalan məlumat yayırlar. Təəssüf ki, qanunvericilikdə sözügedən müəssisələrin fəaliyyətini tənzimləyən konkret normalar yoxdur. İddiaçı tərəf bu hallarla bağlı məhkəməyə müraciət edə bilər. Qurum da buna görə təkzib verməlidir. Ümumilikdə isə bu, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasıdır. Düşünürəm ki, qanunvericiliyə gələcəkdə sözügedən məsələləri tənzimləyən maddələr əlavə oluna bilər. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı dəyişikliyə ehtiyac var.

Qısası, cəmiyyəti aldatdıqları üçün məsuliyyətə cəlb olunmaları barədə konkret məlumat yoxdur. Ümumilikdə isə hazırkı məqamda reabilitasiya mərkəzləri baş qatırlar. Ora gedənlərin cəmi 10-15 faizi sağalır. Mərkəz rəhbərləri düşünürlər ki, piar zəmanəsidir, buna görə də insanlardan istifadə edirlər. Dediyim kimi, reklamda istifadə olunan şəxs bundan razı deyilsə, məhkəməyə şərəf və ləyaqətinin alçaldılmasına görə müraciət edə bilər".

Psixoloq Gülnar Orucova isə açıqlamasında bildirib ki, bəzi təbliğatlar müəyyən kütlələrə səhv mesaj verə bilər.

O vurğulayıb ki, problem nə qədər çox qabardılsa, onun gələcəkdə təkrarlanması ehtimalı da bir o qədər artıqdır:

Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu

"Digər problem isə qeyri-peşəkar təqdimatdır. Bəzən reabilitasiya mərkəzlərində olan şəxslərə anormal suallar verilir və bu formada cəmiyyətə təqdim olunur. Təbii ki, bu, kökündən səhvdir. Sözügedən mərkəzlər bəzən təqdimatlar keçirir, mərkəzdə olan şəxslərin, hətta onların yaxınlarının belə razılıqları olmadan görüntülərini paylaşırlar. Bu, faydadan çox ziyan verir. Yaxşı müəssisənin reklama ehtiyacı yoxdur. Normal fəaliyyəti olan mərkəz özünü bu qədər reklam etməməlidir. Demək ki, fəaliyyətlərində hardasa boşluqlar var və bunu doldurmaq istəyirlər. Daha çox pasiyent yığmağa çalışırlar. Reklamdansa, özlərini inkişaf etdirsinlər. Həmçinin, qeyd etməliyik ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə daxil olmasında yaş məhdudiyyəti yoxdur. Onlar dırnaqarası reklamları, təbliğatları görür və həvəslənirlər. Bu çıxışlardan sonra həmin şəxslərin zərərli maddələrdən istifadəsi də mümkündür. Bu, onlara ciddi şəkildə təsir edə bilər. Mərkəzlərdən digər narazılıqlar da olur. Zərərli maddələrdən əziyyət çəkən şəxsləri orada məcburi saxlamaq olmaz".

G.Orucova vurğulayıb ki, ölkədə fəaliyyət göstərən özəl reabilitasiya mərkəzlərinin qiyməti yüksəkdir:

"Onlar reklamlara pul sərf edirlər, həmçinin efirlərə çıxıb müsbət imic formalaşdırmağa çalışırlar. Burada da məqsəd insanlardan daha çox pul almaq istəyidir. Eyni zamanda cəmiyyətə doğru olmayan məlumatlar verirlər. Efirlərdə öz həyatında düzgün qərar verə bilməyən şəxslərə tribuna verilir və onlar başqalarına yol göstərirlər. Zərərli vərdişlərdən əziyyət çəkən şəxslərlə bağlı süjet hazırladıqda onların aldığı həzzdən yox, çəkdikləri əziyyətdən danışmaq lazımdır. Səhv təqdimat pis vərdişlərdən istifadənin daha da artmasına gətirib çıxara bilər".скачать dle 11.3
Mojo.az Banner