Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026 21:16 693
Azərbaycanda şirkət
Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünə görə şirkət cərimələnib.

Median.Az
Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "North-South Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib edib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, şirkət iki il əvvəl Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünün müqabilində ödənilməli olan 3921,90 ABŞ dolları vəsaiti Azərbaycanda müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməyib.

Məhkəmənin hökmü ilə "North-South Stream" MMC nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti 3921,90 ABŞ dolları xarici valyuta dəyərinin 30 faizi məbləğində, yəni 1177 dollar (dolların ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin 2024-cü ildə "Cənub Aqropark" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə fəaliyyət göstərib. Şirkət 2019-cu ilin fevral ayında yaradılıb. İlk qanuni təmsilçisi Rzayev Fərid Səttar oğlu olub. Daha sonra Pulatov Pulat Nazifoviç, Qarayev Hüseyn Fazil oğlu, Qəhrəmanov Fuad Əhliman oğlu, Şəfiyeva Nailə Əhəd qızı olub, hazırkı qanuni təmsilçisi isə Novruzəliyev Bəhruz Zirəddin oğludur.

"North-South Stream" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1964822.29 AZN vergi borcu var.скачать dle 11.3
Mojo.az Banner