Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha dörd tiktoker barəsində cinayət işinə XİTAM VERİLDİ

09.01.2026 13:40 537
Daha dörd tiktoker barəsində cinayət işinə XİTAM VERİLDİ
Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tiktokerlə bağlı istintaq orqanının qərarı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, tiktokerlər - "Magerramov" ləqəbli Əmrah Məhərrrəmov, "Nuh" ləqəbli Nuh Məmmədzadə, Vüqar Kərimov və "Xan" ləqəbli Əsgər Əlizadənin barələrində olan cinayət işləri üzrə istintaqlar başa çatıb və istintaq orqanı cinayət işlərinə xitam verib.

Xatırladaq ki, adıçəkilən şəxslər 2024-cü ilin dekabrında keçirilən əməliyyatlar zamanı saxlanılmışdılar. Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli bilinmişdilər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilsə də, bir müddət sonra onlar ev dustaqlığına buraxılmışdılar.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə, tiktoker qardaşlar Emin və Rəşad Abdullayevlər barədə başlanılmış cinayət işlərinə də xitam verilmişdi.

Son xəbərlər