Daha bir ölkə Ukraynaya qoşun göndərməkdən imtina etdi
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgia Meloni məlumat yayıb.
Baş nazir bir daha zəmanət məsələsində Romanın bir sıra prinsipial mövqelərini açıqlayıb. Xüsusilə, o, İtaliyanın Ukraynaya qoşun göndərməyəcəyini vurğulayıb.
Xorvatiya və Rumıniya daha əvvəl çoxmillətli Koalisiya qüvvələrinə qoşulmaqdan imtina etdiklərini açıqlamışdılar.
