Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Smart-kart tipli su sayğacının itirilmiş və ya zədələnmiş kartının dəyişdirilməsi ÖDƏNİŞLİDİR

06.01.2026 19:46 579
Smart-kart tipli su sayğacının itirilmiş və ya zədələnmiş kartının dəyişdirilməsi ÖDƏNİŞLİDİR
Azərbaycanda smart-kart tipli su sayğacının sərfiyyat yükləmə kartı itirildikdə və yaxud zədələndikdə onun yenisi ilə dəyişdirilməsi ödənişlidir.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabelində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bəyan edib.

Məlumata görə, yeni kartın qiyməti sayğacın markasına görə dəyişir - Türkiyənin "Elektromed" şirkətinin istehsalı olan "Alfasu" sayğacının kartının qiyməti 15 manat, "Metlab" şirkətinin istehsalı olan "Teksan" sayğacının kartının qiyməti 10 manat, "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsalı olan "Abşeron" sayğacının kartının qiyməti isə 7 manatdır.

"Smart-kartı oxuyucuya daxil etmədən balansa onlayn ödəniş etdikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Abonent bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və kartla birlikdə "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə və yaxud yerli sukanal idarəsinə yaxınlaşaraq məbləği hesabından karta yüklətdirə bilər", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner