Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Keçən ilin son ayında 25 aptekdə yoxlama aparılıb

05.01.2026 20:24 705
Keçən ilin son ayında 25 aptekdə yoxlama aparılıb
Ötən ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ümumilikdə 25 aptekdə yoxlama keçirib.

Mərkəzdən verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

Yoxlama nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Son xəbərlər