Mojo.az Banner
23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |     22:57 Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama  |     22:51 Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı  |     22:44 Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi  |     22:39 ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ  |     22:31 Təhsil tələbə kreditinə müraciət başladı - ŞƏRTLƏR  |     22:26 İlin son Günəş tutulması bu ay olacaq  |     22:20 Bakıda 100-dən çox küçə və prospekt təmir edilir  |     22:12 İspaniyaya miqrant axınının iki səbəbi açıqlandı  |     22:07 İstanbulda torpaq sürüşməsi oldu - Uçqun altda qalanlar var  |     21:59 "Azərbaycanla güclü münasibətlər qurmalıyıq" - Zelenski  |     21:55 Lənkəranda açıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB  |     21:43 Yaşayış yerini dəyişdiyinə görə işdən çıxdı  |     21:35 Özbəkistan iki kəndi Qırğızıstana təhvil verdi  |     21:30 Ermənistan parlamentinin yeni spikeri seçildi  |     21:21 Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?  |     21:14 Sabah 38 dərəcə isti olacaq  |     21:09 Faydalı görünsə də, ürəyə zərər verə bilər - 4 məşhur məhsul  |     21:02 Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?  |     20:51 Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı  |    
Left Banner
Right Banner

Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı

01.01.2026 14:31 546
Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı
Finlandiya polisi dekabrın 31-də Rusiyadan çıxaraq İsrailin Hayfa limanına doğru hərəkət edən ticarət gəmisini saxlayıb. Buna səbəb Finlandiya körfəzi vasitəsilə Helsinkidən Estoniyaya çəkilmiş sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı şübhələrdir.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Finlandiya hüquq-mühafizə orqanları işi "ağırlaşdırıcı hallar altında telekommunikasiya sistemlərinin işinə müdaxilə”, eləcə də "diversiya və diversiyaya cəhd” maddələri ilə araşdırır. Saxlanılan "Fitburg” adlı quru yük gəmisinin göyərtəsində olan 14 ekipaj üzvü – Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşları həbs edilib.

Finlandiyanın "Elisa” telekommunikasiya şirkəti dekabrın 31-i səhər saatlarında kabeldə nasazlıq aşkar etdikdən sonra bu barədə səlahiyyətli qurumlara məlumat verib. Hadisə yerinə göndərilən vertolyot və patrul gəmisi Finlandiya körfəzində lövbər salmış şübhəli gəmini müəyyən edib. Sahil mühafizəsinin əmri ilə gəmi Finlandiyanın ərazi sularına gətirilib.

Finlandiya sahil mühafizəsinin məlumatına görə, 132 metr uzunluğunda olan "Fitburg” gəmisi Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzür və Sankt-Peterburqdan Hayfaya yük daşıyırmış. Əməliyyata Helsinki Polis Departamenti rəhbərlik edib, istintaq Milli Təhqiqat Bürosu ilə birgə aparılır. İş üzrə Baş Prokurorluq da rəsmi şəkildə prosesə cəlb olunub.

Finlandiya rəsmiləri hadisənin qəsdən törədilib-törədilmədiyi ilə bağlı hələlik ehtimallar irəli sürmədiklərini bildirirlər. Baş prokurorun müavini Yukka Rappe qeyd edib ki, kabelin təsadüfən zədələnməsi ehtimalı da istisna olunmur. Prezident Aleksandr Stub isə Finlandiyanın təhlükəsizlik çağırışlarına hazır olduğunu bəyan edib.

Bu arada Estoniya hökuməti də eyni gün Finlandiyanı Estoniya ilə birləşdirən ikinci telekommunikasiya kabelində nasazlıq qeydə alındığını açıqlayıb. Estoniya prezidenti Alar Karis baş verənlərdən narahatlığını ifadə edib.
Gəminin sahibi kimdir?

Finlandiyanın nüfuzlu "Helsingin Sanomat” qəzeti yazır ki, saxlanılan "Fitburg” gəmisi Fitburg Shipping Co Ltd şirkətinə məxsusdur və idarəedilməsi Türkiyədə qeydiyyatdan keçmiş Albros Shipping & Trading Ltd tərəfindən həyata keçirilir. Marine Traffic-in məlumatlarına əsasən, Albros şirkətinin əsas səhmdarı Türkiyə-Rusiya dəniz daşımalarında mühüm fiqur sayılan Raim Ələkpərovdur. Onun şirkətdəki payı 76 faiz təşkil edir.

Qəzetin yazdığına görə, onun azərbaycanlı olması ehtimal edilir. Albros Shipping & Trading-in onlarla quru yük gəmisi və tankeri var və bu gəmilər Rusiya, Azərbaycan və Türkiyə bazarlarında fəaliyyət göstərir. Şirkətin Sankt-Peterburqda yerləşən Albros-Petersburg adlı törəmə müəssisəsi də mövcuddur. Keçmişdə Albros-a məxsus bir sıra gəmilərin Rusiya bayrağı altında, əsasən rusiyalı dənizçilər tərəfindən istismar edildiyi bildirilir.

Hazırda Albros Shipping & Trading-ə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Lakin onun törəmə şirkətlərindən biri əvvəlki illərdə Krımla bağlı sanksiyaları pozmaqda ittiham olunub. Belə ki, Albros Petersburg Shipping-ə məxsus "Amur 2515” gəmisi 2017-ci ildə Sevastopol limanına daxil olub.

Finlandiya tərəfi gəmidə əlavə yoxlamaların aparılacağını, o cümlədən Traficom agentliyinin port nəzarəti, gömrük orqanlarının isə sanksiyalara zidd yüklərin olub-olmadığını araşdıracağını açıqlayıb. Elisa şirkəti isə kabelin zədələnməsinin xidmətlərin fəaliyyətinə təsir etmədiyini və trafiklərin alternativ xətlərə yönləndirildiyini bildirib.скачать dle 11.3
Mojo.az Banner