Mojo.az Banner
21:00 Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış dəyişdirilir  |     20:55 Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur  |     20:49 Mingəçevirdə ana və qızı dəm qazından zəhərləndi  |     20:36 Ermənistanda Bakı benzini sürətlə satılır  |     20:29 Azərbaycanda cərrah vəfat etdi  |     20:24 Həftəsonu səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!  |     20:15 Cinayətdə şübhəli bilinən 19 nəfər tutuldu  |     20:09 Metronun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir  |     20:02 Həmkəndlisini öldürüb basdırdığı yerdə it damı tikib - 2 il sonra üstü açılan cinayət (Video)  |     19:54 "Ford" məşhur krossoverin istehsalını dayandırdı  |     19:34 Restoranlarda QR-kodlar təhlükəlidir? - Ekspert rəyi (Video)  |     19:31 Keçmiş bank rəhbəri Zal Yusifovun oğlu yenidən mühakimə olunur: 1,2 milyonluq fırıldaq ittihamı  |     19:18 Nazir: "Rus Evi"nin ləğvi məsələsi başa çatıb  |     19:16 Azərbaycan Ukrayna və Suriyaya nə qədər humanitar yardım edib?  |     19:08 Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR  |     19:04 Azərbaycanın "qara siyahı"sında neçə nəfər var?  |     18:59 DTX, XRİTDX və MİDA-nın birgə məlumatı: Kibercinayətkarlar məsuliyyətə cəlb ediliblər  |     18:50 Leyla Əliyeva Animasiya Evindən paylaşım edib - FOTO  |     18:18 Leyla Əliyeva "YAŞA" Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb - FOTO  |     18:14 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |    
Left Banner
Right Banner

Keçmiş bank rəhbəri Zal Yusifovun oğlu yenidən mühakimə olunur: 1,2 milyonluq fırıldaq ittihamı

26.12.2025 19:31 174
Keçmiş bank rəhbəri Zal Yusifovun oğlu yenidən mühakimə olunur: 1,2 milyonluq fırıldaq ittihamı
Lisenziyası ləğv edilmiş "Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin "Bakı" filialının keçmiş rəhbəri Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İttihamdan məlum olur ki, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkumluğunu ödəməməsinə baxmayaraq, İslam Yusifov yenidən dələduzluq cinayətləri törədib. İlk epizod üzrə o, oğlu həbsdə olan Afət Hüseynovaya qarşı dələduzluq edib. Belə ki, ananın 13 il müddətinə azadlıqdan məhrum edilmiş oğlu Kamran Nəcəfovun guya həbsdən azad ediləcəyi vədi ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 70 min ABŞ dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisi ilə bağlı elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovdan 308 min ABŞ dolları alıb.

İstintaq materiallarına əsasən, İslam Yusifov dostu İlham Abbasovla birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Administrasiyasında hüquq şöbəsinə işə düzəldəcəkləri barədə yalan vəd verərək, ondan 360 min manat pul alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova məxsus iki avtomobili və torpaq sahəsini satacağı barədə yalan vəd verərək, 275 min manatını ələ keçirib.

Həmçinin digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "iPhone" mobil telefonları gətirəcəyini deyərək, ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bundan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı vədi ilə 55 min manat, Rafət Məmmədova məxsus evi satacağı adı ilə isə 75 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib, İlham Abbasov isə özünü təqsirli hesab etməyib.

Məhkəmədə bildirilib ki, istintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq törətmə), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Hakimin sözlərinə görə, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilərsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İslam Yusifov zərərçəkmiş Rafael Həsənovla bağlı epizod üzrə sərbəst ifadə verib. O bildirib ki, dostu İlham Abbasova maddi çətinlik yaşadığını deyib. İlham Abbasov isə ona satışı mümkün olan bir obyekt barədə məlumat verib. Bildirilib ki, obyektin sahibi Rafael Həsənov Rusiyada yaşayır və obyekt bankda girovda olub.

İslam Yusifovun sözlərinə görə, obyektin satışından əldə edilən vəsaitlə bank borcu bağlanmalı idi. Daha sonra tərəflər arasında borc müqaviləsi imzalanıb və videoyazılar çəkilib. O iddia edib ki, videoda göstərilən 360 min manat həqiqi pul olmayıb, saxta olub.

Eyni epizod üzrə ifadə verən İlham Abbasov bildirib ki, İslam Yusifovun atasını 1998-ci ildən tanıyır və daşınan, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub. O, İslam Yusifovun ifadələrini əsasən təsdiqləyib.

Daha sonra hər iki təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə prosesi fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifov barəsində həbs qətimkan tədbiri, İlham Abbasov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə edilən məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan artıq məbləğdə dələduzluqda ittiham olunur. İlham Abbasov isə yalnız bir epizod üzrə cinayətdə iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

Qeyd edək ki, İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərlik etdiyi dəstənin üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəza müddətini başa vuraraq azadlığa çıxdıqdan sonra zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib və bu günə qədər müvafiq məhkəmə qərarlarını icra etmir.скачать dle 11.3