Mojo.az Banner
16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |     14:17 Şirvanda oğurluq edən şəxs saxlanılıb  |     14:11 Azərbaycan futbolunda yayın ən bahalı transferləri - SİYAHI  |     14:07 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik  |     13:49 Rusiya ordusu Ukraynda bir kəndə nəzarəti təmin edib  |     13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Putinin qohumunun da olduğu yaxta aşıb: ÖLƏN VAR

23.12.2025 21:45 534
Putinin qohumunun da olduğu yaxta aşıb: ÖLƏN VAR
Mıtişidəki yaxt klubunda altı nəfəri daşıyan yaxta aşıb.
 
Sfera.az bildirir ki, onların arasında Rusiya prezidenti Vladimir Putinin qohumu, 76 yaşlı iş adamı Viktor Xmarin də olub. O, hipotermiya keçirib və bədənində qançırlar aşkarlanıb.
 
Viktor Xmarin kimdir?

Xmarin “RusHydro”nun baş direktoru Viktor Xmarinin atası, Putinin tələbəlik dostu və sinif yoldaşıdır. 1976-cı ildə Putinin əmisi qızı Lyubov Kruqlova ilə evlənib. O, “Qazprom”un əsas təchizatçısı olub və hazırda illik gəliri 800 milyon rubldan çox olan “Nefteproduktservis” şirkətinə sahibdir.
 
 
Hadisənin təfərrüatları
 

Yaxtadakı altı nəfərdən beşi xilas edilib. Lakin 68 yaşlı Viktor Averin – “Solntsevskaya” mütəşəkkil cinayətkar dəstəsinin keçmiş liderlərindən biri – həyatını itirib. Onun cəsədi dalğıclar tərəfindən tapılıb. Averin bu dəstənin qurucularından Sergey Mixaylovun əsas tərəfdaşı olub, lakin heç vaxt məhkum edilməyib.
 
Qayıqda həmçinin vəkil Viktor Perekatov, iş adamı Şəmistan Əliyev, cangüdən İvan Abramuşin və 18 yaşlı “OnlyFans” modeli Yekaterina Leonova da olub.
 
İlkin məlumata görə, Averin gəmiçilik lisenziyası olmadan qayığı idarə edib. Onlar Pestovo su anbarı yaxınlığındakı meşəlik ərazini yoxlamağa gedirmişlər. Qəzanın səbəbi kimi iki versiya araşdırılır: ya qayıq buzun üzərində ilişərək aşıb, ya da buz qırılıb və qayıq batıb. İstintaq davam edir.
 скачать dle 11.3
Mojo.az Banner