Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

12.09.2026 14:54 315
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Almatıda Azərbaycan və qazax dillərinin tədris olunacağı Azərbaycan Bazar günü məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Median.Az
"AZƏRTAC”a istinadən xəbər verir ki, məktəb Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almatıdakı Azərbaycan etnomədəni ictimai birliklərinin və Qazaxıstanda yaşayan soydaşlarımızın dəstəyi ilə yaradılıb.

Açılış mərasimi Azərbaycan və Qazaxıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri Vüsal Əliyev ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar arasında ana dilinin və milli mədəniyyətin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

O, Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımız qarşısında müəyyən etdiyi hədəflərə diqqət çəkərək, ikinci və üçüncü nəsil soydaşlarımızın öz ana dilinə və mədəniyyətinə mükəmməl sahib çıxmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Bazar günü məktəbinin açılması iki ölkənin xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi rəmzi əhəmiyyət daşıyır.

"Biz sadəcə tədris platforması deyil, Azərbaycan və Qazaxıstan arasında daha bir körpü qururuq. Əminəm ki, Bazar günü məktəbi təkcə tədris üçün deyil, həm də ünsiyyət, mədəni mübadilə, yeni tanışlıqlar və birgə təşəbbüslər üçün bir məkana çevriləcək”, - deyə Vüsal Əliyev bildirib.

Mərasimdə çıxış edən Azərbaycan etnomədəni ictimai birliklərinin və diasporun nümayəndələri Azərbaycan dövlətinin ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və dəstəyi qeyd ediblər.

Bazar günü məktəbində uşaqlar və gənclər, həmçinin Azərbaycanın tarixini, ədəbiyyatını, coğrafiyasını, mədəniyyətini və incəsənətini öyrənəcək, Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin tarixi, xalqlarımızı birləşdirən ortaq tarixi-mədəni irs, milli-mənəvi dəyərlər, dillərimizin və adət-ənənələrimizin yaxınlığı barədə biliklər əldə edəcəklər.

Qazaxıstanın digər şəhərlərindən də dərslərdə iştirak etmək istəyənlərin olması nəzərə alınaraq, tədris həm əyani, həm də onlayn formatda təşkil ediləcək.

Bazar günü məktəbi təkcə Qazaxıstanda yaşayan etnik azərbaycanlılar üçün deyil, Azərbaycan dilini, tarixini və mədəniyyətini öyrənmək istəyən digər Qazaxıstan vətəndaşları üçün də nəzərdə tutulub.

Dərslər həftənin bazar günləri, tam ödənişsiz əsasda keçiriləcək.

Açılış mərasimindən sonra ilk zəng çalınıb və birinci dərs başlayıb.

Son xəbərlər