Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada Azərbaycan Evi soydaşlarımızın istifadəsinə verilib - FOTO

25.12.2019 13:11 3 304
Almaniyada Azərbaycan Evi soydaşlarımızın istifadəsinə verilib - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan Evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir.

Növbəti belə bir ev dekabrın 24-də Almaniyanın Berlin şəhərində açılıb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Komitə sədri Fuad Muradov dekabrın 24-nün ölkəmiz üçün əlamətdar bir gün olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd edərək, ölkə başçısını doğum günü münasibətilə təbrik edib, son illər ölkəmizdə əldə edilən uğurlardan danışıb.

Komitə sədri Azərbaycan Evlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır:

“Azərbaycan Evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, Azərbaycan evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.

Daha sonra çıxış edənlər - fövqəladə və səlahiyyətli səfir Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev və digərləri ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu bildiriblər.

Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan Evinin açılmasını xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi olduğunu qeyd ediblər.






Son xəbərlər