Mojo.az Banner
23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |    
Left Banner
Right Banner

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

23.12.2025 19:43 330
308 nömrəli məktəbdə uşaqlar
Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib.

Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır. İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.

Məsələ ilə bağlı valideynlərə verilən məlumata görə, bir müddət əvvəl məktəbin yaxınlığında qaz xəttində sızıntı qeydə alınıb. Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik məqsədilə qaz təchizatı dayandırılıb. Daha sonra problem texniki baxımdan aradan qaldırılıb və məktəbdə qaz sisteminin hazır vəziyyətə gətirildiyi bildirilib.

Lakin buna baxmayaraq, "Azəriqaz" tərəfindən məktəbə hələ də qaz verilmədiyi iddia olunur. Bütün texniki problemlər həll olunsa da, qazın hələ də verilməməsi sinif otaqlarında normal istiliyi təmin etmək mümkün olmur.

Soyuq hava şəraiti xüsusilə 1-ci sinif şagirdləri üçün ciddi çətinlik yaradıb. Valideynlər uşaqların sağlamlığından narahat olduqlarını bildirib, bəzi şagirdlərin isə soyuq səbəbindən ümumiyyətlə dərsə gələ bilmədiyi qeyd olunub.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin tez bir zamanda həll ediləcəyi gözlənilir. Valideynlər isə bildirib ki, tədrisin normal şəraitdə davam etməsi üçün məktəbin istilik və elektrik təchizatı dərhal bərpa olunmalıdır.скачать dle 11.3
Mojo.az Banner