Mojo.az Banner
12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdəki İES-də baş verən nasazlıq aradan qaldırılıb - AÇIQLAMA + YENİLƏNİB

29.06.2019 15:39 3 794
Mingəçevirdəki İES-də baş verən nasazlıq aradan qaldırılıb - AÇIQLAMA + YENİLƏNİB
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan oxu.az-a verilən məlumata görə, sözügedən tarixdə İES-ə məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Lakin nasazlığın genişlənməsinin qarşısı alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - deyə açıqlamada bildirilir.

* * * * *

“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) tüstülənmə baş verib.


Fövqəladə Hallar Nazirliyindən oxu.az-a bildirilib ki, İES-də kiçik texniki hadisə olub, lakin heç bir təhlükəli məqam yaşanmayıb.

Stansiyada yaranmış problem tez bir zamanda aradan qaldırılıb.

Təhlükəsizlik məqsədilə şəhərin bəzi ərazilərinə elektrik verilişi qısa müddətli dayandırılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən İstilik Elektrik Stansiyasında partlayış olmuşdu. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, respublika ərazisində elektrik enerjisinin verilişində bir neçə gün fasilə yaranmışdı.скачать dle 11.3
Mojo.az Banner