Mojo.az Banner
21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDILAR (Video)

19.12.2025 11:43 822
Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDILAR (Video)
Sürətlə dar küçələrdən və pilləkənlərdən enib qalxırlar, hər kəs onları həm həyəcanla, həm də narahatlıqla izləyir. Kimisi onların hərəkətlərini ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.

Median.Az
xəbər verir ki, Xəzər TV əməkdaşları dağ velosipedi idmanı ilə məşğul olan yeniyetmələrlə elə görüntülərin yayıldığı ərazidə - Bayılda, Əlibəyov qardaşları küçəsində görüşüblər.

Onlar üç dostdur, biri 7, digəri 8, o birisi isə 4 ildir artıq idmanın bu növü ilə məşğul olduğunu fəxrlə deyir. Asudə vaxtlarını birlikdə keçirdiklərini dilə gətirirlər.

"Təhlükəli halla qarşılaşacağınız təqdirdə vəziyyətdən necə çıxırsınız?", - sualını isə hər kəs özünəməxsus cavablandırır.

Hər üç müsahib dərslərini yaxşı oxuyur. Deyirlər ki, velosipedə olan bu sevgi onların idman sahəsində gələcək karyeralarının başlanğıcıdır. Hər üçü idmanın bu növü üzrə peşəkar təhsil almaq üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Onların yeganə narahatlığı məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.

Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner