Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Siyavuş Novruzov: Oğlum deputat olmaq istəyir

29.04.2019 15:46 4 916
Siyavuş Novruzov: Oğlum deputat olmaq istəyir
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov oğlunun deputat olmaq istədiyini açıqlayıb.

Bu barədə o, Modern.az saytına müsahibəsində deyib.

Millət vəkili oğlunun 10-cu sinifdə oxuduğunu bildirib və onun illərdir deputat olmaq istədiyini dilə gətirib:

“Oğlum deputat olmaq istəyir. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir.

İdmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məşğul olmalıdır. Həm uşaqların formalaşması, həm özünümüdafiə üçün çox önəmlidir.

İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının əsas şərtlərindən biridir.

7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib. Həm müstəqilliyin əldə edilməsi, həm cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq... Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı”.

Son xəbərlər