Mojo.az Banner
SON DƏQİQƏ
16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |    
Mojo.az Avto
Mojo.az Avto

Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO

18.05.2024 13:39 1 329
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
Paltarı kimisi tikdirməyin, kimisi isə almağın tərəfdarıdır.

Xüsusən də, bu məsələ abituriyent və tələbələr üçün daha aktualdır.

Paltarı tikdirməyə üstünlük verənlər deyirlər ki, bu, əsasən almaqdan daha baha başa gəlir.

Satıcıların sözlərinə görə, parça bazarı may ayında daha çox canlanır. Buna səbəb isə, Son zəng və məzuniyyət günlərinin yaxınlaşmasıdır.

Onların sözlərinə görə, qiymətlər istehsal olunduğu ölkələrdən asılı olaraq dəyişir. Daha ucuz hesab olunan parça isə adətən Çindən gəlir. Həmçinin, parçanın keyfiyyəti də qiymətə təsir edir.

Dərzi Aynur Həsənəliyeva deyir ki, hər modelin özünəməxsus tikiş qiyməti var və istifadə etdiyi parçalar əsasən, Çin, Koreya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İndoneziya və Türkiyədən gətirilənlərdir.

Minimum qiymət isə 30 manatdır və bu məbləğə daha çox sadə modellər tikilir.

Məzunlar üçün libasların tikilməsi isə ortalama 50 - 150 manat aralığında dəyişir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:
скачать dle 11.3

Son xəbərlər