Mojo.az Banner
20:19 Azərbaycanda neçə bağça var?  |     20:13 Gözaltı qaralmaları hansı xəstəliklərin əlaməti ola bilər?  |     20:08 Azərbaycanda son illərdə 100 mindən çox ailə dağılıb  |     20:00 Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama  |     19:55 İran Prezidentinin qızı Mehriban Əliyevanı təbrik etdi  |     19:48 Şabranda "Hyundai" yük maşınına çırpıldı - Ər-arvad öldü  |     19:43 10 minlərlə manat ödəsələr də tikinti aparılmır - "Binəqədi-Park''dan ŞİKAYƏT (VİDEO)  |     19:37 "Mançester Siti" onu 100 milyona transfer etdi  |     19:30 Xəzər dənizində yeni ada yarandı - VİDEO  |     19:25 Manatın dövretmə sürəti azalıb  |     19:17 Azərbaycanlı tələbələrin başına iş gəldi - Özü Türkiyədədir, sistemdə görünmür  |     19:12 Sabah rayonlarda leysan yağacaq  |     19:04 Sərhəddə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıldı  |     18:59 Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib  |     18:51 Bu il Azərbaycanda 3 uşağa Laçın adı verilib  |     18:45 Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO  |     18:39 “ChatGPT Plus”da yeni limit  |     18:28 "Tvente"nin baş məşqçisindən "Qarabağ"a böyük tərif: "Daha yüksək turnirlərə layiqdir"  |     18:09 Leyla Əliyevadan ailə FOTOSU  |     17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |    
Left Banner
Right Banner

Narkotik vasitənin təsiri altında olan sürücü və qadın sərnişinləri SAXLANILDILAR

10.12.2025 13:22 393
Narkotik vasitənin təsiri altında olan sürücü və qadın sərnişinləri SAXLANILDILAR
Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs edilib.

"BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - idarədən bildirilib.скачать dle 11.3
Mojo.az Banner