Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı (Video)

10.12.2025 12:54 1 311
Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı (Video)
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın baş naziri Nikol Paşinyanın Berlinə səfəri çərçivəsində onu erməni dilində salamlayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Paşinyana ermənicə: "Almaniyaya xoş gəldiniz", - deyən azərbaycanlı səfir daha sonra ingiliscə danışığa keçib.

Səfirin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər olub:

"Bu, münasibətlərimizdə əldə etdiyimiz ən sabit və dinc dövrdür. Biz övladlarımıza və nəvələrimizə bu ağrılı və uzun sürən münaqişəni miras qoymadıq. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub".

O, Vaşinqton razılaşmalarının tam şəkildə yerinə yetiriləcəyinə ümid etdiyini də bildirib. Bu razılaşmaya Azərbaycanın əsas hissəsi və Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişi təmin edəcək "Tramp marşrutu" (TRIPP) daxildir.

Ağayev son maneəni də xatırladıb: Ermənistan konstitusiyasına dəyişiklik edilməsi.

"Ümid edirik ki, bu da öz həllini tapacaq ki, biz sülh müqaviləsini rəsmən imzalaya bilək", - deyə Ağayev bildirib.скачать dle 11.3
Mojo.az Banner