Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Müstəntiqin yanında arvadını öldürmək istədi, məmurla əlbəyaxa oldu

09.12.2025 17:20 465
Müstəntiqin yanında arvadını öldürmək istədi, məmurla əlbəyaxa oldu
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1986-cı il təvəllüdlü Dursun Qəmbərov qısqanclıq zəminində həyat yoldaşı Nailə Səttarovanın (adlar və soyadlar şərtidir) üzərinə çaydandan qaynar su töküb, sonra yerə yıxaraq balon qapağını bağlayan dəmir alətlə başına, sifətinə zərbələr vurub və bıçaqla xəsarət yetirib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə zəruri istintaq hərəkətləri Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı Nadir Tahirova tapşırılıb.

Maraqlıdır ki, cütlüyün yaşayış evində ifadələr alınan zaman da ərlə arvad arasında yenidən mübahisə yaşanıb.

Belə ki, zərərçəkmiş şəxs əri ilə birgə yaşamaq istəmədiyini bildirib və onun bu sözü Dursun Qəmbərovun əsəbiləşməsinə səbəb olub. Nəticədə Dursun evdən bıçağı götürərək həyətyanı sahədə müstəntiqin yanında arvadının üzərinə hücum çəkib və onu ölümlə hədələyib.

Bundan sonra Nailə hadisə şahidi ilə müstəntiqin avtomobilinə əyləşərək qapını örtüb. Həmin vaxt Dursun arvadının oturduğu avtomobilin arxa qapısını açaraq onu ölümlə hədələməyə davam edib və əlində olan bıçağı qadına doğru istiqamətləndirib. Bu zaman ədliyyə kapitanı onu qolundan tutaraq kənara çəkib.

Daha sonra isə yenidən təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb və həyat yoldaşına qarşı eyni hərəkətləri davam etdirib. N.Tahirov onu avtomobildən uzaqlaşdırdığı vaxt fürsətdən istifadə edən qadın maşından düşərək qonşu həyətə qaçmağa çalışıb.

Bu zaman Dursun yenidən onun arxasınca qaçıb. Müstəntiq real təhlükəni görərək Dursunun sağ əlində olan bıçağı ondan almağa çalışıb və bu zaman təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılıb. N.Tahirov sol əli ilə Dursunun bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə təqsirləndirilən şəxs onun qolunu dişləyib. Gərginliyin sonunda bıçağın dəstək hissəsi əyilərək qırılıb.

Məlum olub ki, hadisədən sonra Dursun Qəmbərov özünü tövlədə asmaq istəyib. O özünü asmaq üçün tövlədə nərdivanı qoyub çıxmaq istəyəndə oğlunun - "ay ata, səni çağırırlar", - dediyini eşidib və fikrindən daşınıb.

Hadisə nəticəsində Nailə Səttərova məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın IV barmağının I-II dərəcəli termiki yanıqları, sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol gözün ağlı qişasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi xəsarətləri alıb.

Qeyd edək ki, Dursun Qəmbərov hərbçi olub. O, hadisədən sonra ordu sıralarından tərxis edilib. Cütlüyün bu evlilikdən üç övladı dünyaya gəlib. Onlardan biri valideynlərin davası zamanı atasından anasını buraxmayacağı təqdirdə özünü ülgüclə doğrayacağını bildirib.

Ailə münaqişəsində baş verən cinayət hadisəsinə Naxçıvan Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, D.Qəmbərovun azadlığı bir il müddətinə məhdudlaşdırılıb.

Onu da əlavə edək ki, hadisəyə səbəb Nailənin telefonla başqa bir şəxslə danışması, bunun Dursun tərəfindən aşkarlanması olub. Dursun Nailədən telefonu alıb şifrəsini istəsə də, qadın inadla bunu deməyib və sonda yuxarıda qeyd olunan hadisə yaşanıb.скачать dle 11.3
Mojo.az Banner