Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI

05.12.2025 11:50 900
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI
Qış aylarında çoxlarımız isinmək üçün isti çaya üstünlük veririk, lakin ilıq suyun faydalarını heç nə əvəz etmir. Məhz ilıq su immun sistemini dəstəkləməyə kömək edir və qışda düşündüyümüzdən daha tez-tez baş verən susuzlaşmanın qarşısını alır.

Rusiyalı diyetoloq Lyudmila Denisenko bu barədə "KP.ru"ya müsahibəsində danışıb.

"Əslində, otaq temperaturunda olan adi su içilməlidir. Çünki əksər içkilər (çay, xüsusilə bitki çayları və qəhvə) sidikqovucu təsirə malikdir. Bu isə orqanizmdən daha çox mayenin xaric olunması deməkdir. Su balansı isə mütləq bərpa edilməlidir, əks halda orqanizm hüceyrə səviyyəsində zərər görməyə başlayacaq", - deyə Denisenko bildirib.

Onun sözlərinə görə, insanlar çox vaxt bunun fərqinə varmırlar və susuzluq hiss etmədiklərini düşünürlər. Əgər orqanizm uzun müddət kifayət qədər su almırsa, susuzluq hissi zəifləyir və insan xroniki susuzlaşma vəziyyətində yaşayır. Zamanla bu hal soyuqdəymə, oynaq ağrıları və böyrək problemlərinə səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, su içməyi kiçik porsiyalarla vərdişə çevirmək vacibdir: hər saatda bir neçə qurtum, səhər yarım stəkan və yeməkdən əvvəl bir qədər su içmək tövsiyə olunur. Bu, xüsusilə gəzinti və ya hər hansı fiziki fəaliyyət ərəfəsində daha da vacibdir. Həkim suya orqanizmin düzgün işləməsinə kömək edən gündəlik "dərman" kimi yanaşmağı məsləhət görür.скачать dle 11.3
Mojo.az Banner