Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kiberhücum cəhdinin qarşısı alındı: Mənzillərin seçimi uğurla başa çatdı

04.12.2025 20:13 453
Kiberhücum cəhdinin qarşısı alındı: Mənzillərin seçimi uğurla başa çatdı
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alınıb.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında deyilir.

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən, ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.

İlk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil" sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et" düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Qeyd edək ki, 03.12.2025-ci il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.скачать dle 11.3
Mojo.az Banner