Mojo.az Banner
12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəkdən tam imtina etməyin zərərləri

04.12.2025 18:48 606
Çörəkdən tam imtina etməyin zərərləri
Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur.

Əla növ buğda və tam buğda unundan hazırlanmış çörəklərin arasında fərq var.

Buğda özü karbohidratdır, lakin hazırda buğda unu adı ilə tanınan məhsul orqanik buğda deyil. Təəssüf ki, həmin buğdanı ağartmaq və xəmir işlərində daha keyfiyyətli hala gətirmək üçün ona xüsusi maddələr vurulur. Həmin prosesdən sonra ondan hazırlanan çörək qeyri-sağlam qidalar sırasında şəkərlə bərabər ilk sırada yer alır. Tam buğda ununun keyfiyyəti isə başqadır və ondan müəyyən miqdarda hətta pəhriz vaxtı da istifadə etmək olar. Əla növ buğda unundan nəinki arıqlama pəhrizi zamanı, ümumiyyətlə, imtina etmək daha yaxşıdır.

Tam taxıl unundan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sisteminin işini normalaşdıran B vitaminləri ilə yanaşı, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Hər bir insan gün ərzində normal olaraq bir dilim çörəkdən istifadə etməlidir.

Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü, yaxud onlardan hazırlanan un kimi karbohidrat növləri ilə əvəz etmək olar.

Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini əvəz edir. Bir həftə çörək yemədikdə bədənin ehtiyacı olan karbohidratın miqdarı azalır, nəticədə sinir sistemi pozulur, yorğunluq, stres və əsəbilik kimi hallar yaranır. Ona görə də zəruri səbəblərdən çörəkdən imtina etdikdə həmin çatışmazlığı paxlalı və dənli bitkilərdən istifadə edərək doldurmağa çalışmaq lazımdır.скачать dle 11.3
Mojo.az Banner