Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bozumbayev: "Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırma yekunlaşmaq üzrədir"

03.12.2025 12:18 933
Bozumbayev:
Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı yekunlaşmaq üzrədir.

Median.Az
Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

O bildirib ki, aviaqəzadan sonra iki araşdırma başlayıb.

"Biri Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin son mərhələdə olan istintaqına aiddir. Buna görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aviasiya alətləri və s. sahiblərinin yekun rəyini gözləyirik, prinsipcə bu ilin sonunda və ya gələn ilin əvvəlində təhqiqatı başa çatdırmağa hazırıq", - deyə Bozumbayev bildirib.

Baş nazirin müavini əlavə edib ki, Baş Prokurorluğun araşdırmasında da bəzi irəliləyişlər var.

"Siz qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, orada da danışıqlar gələn il başa çatacaq", - deyə Bozumbayev fikirini yekunlaşdırıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. Altısı qazax olmaqla 38 nəfər həlak olub. Hadisə zamanı 29 nəfər sağ qalıb.

Qəzanın təhqiqat hesabatının 2025-ci ilin dekabrına qədər tamamlanması planlaşdırılır.

Son xəbərlər