Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

İctimai nəqliyyat gecələr niyə işləmir? - "Gələn ildən..."

29.11.2025 18:22 381
İctimai nəqliyyat gecələr niyə işləmir? -
İctimai nəqliyyatın fəaliyyətinin gecə saat 23:00-24:00-da dayandırılması səhər sakinlərində narazılıq yaradır. Gecə saatlarında evinə dönmək istəyən sakinlər çətin vəziyyətdə qalır. Bəs nəyə görə Azərbaycanda gecə ictimai nəqliyyat fəaliyyət göstərmir?

Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, şəhərdə gecə növbəsində müntəzəm sərnişindaşıma xidmətinin olmasının tərafdarıdır:

"Mən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvi kimi keçirilən görüşlərdə bu məsələni qaldırmışam. Həm AYNA, həm də nazirliyin məsələyə münasibəti müsbətdir. Sadəcə, bunların tənzimlənməsi üçün müəyyən mexanizmlərə ehtiyac var".

Elməddin Muradlı gələn ildən ictimai nəqliyyatda gecə növbəsinin bəzi istiqamətlər üzrə reallaşaçağına inanır:

"Artıq dövr dəyişib, insanlar saat 03:00-a kimi şəhərdə olurlar. Ən azından müəyyən xidmət sahələrində işləyən insanlar var ki, axşam 24:00-dan sonra qazandığı 5-10 manatı taksiyə verməyə məcbur olurlar. Bu baxımdan düşünürəm ki, həm metro, həm avtobusların intervalı saat 24:00-dan sonra müəyyən aralıqda davam edə bilər. Məsələn, metro qatarı adi günlərdə 3 dəqiqədən bir gəlirsə, gecə növbəsində yarım saatdan bir hərəkət etsin. Avtobusların özü də yarım satdan bir hərəkət etsə, ona da vətəndaşlar sevinər və razı qalar. Biri var evinə 60 qəpik verib getsin, biri də 10 manat. Ümid edirəm ki, yanvardan sonra bu problem həllini tapar".

Elməddin Muradlı gecə nəqliyyatına təlabatın böyük olduğunu bildirib:

"Mən bunun şahidi olmuşam, axşamlar Kukla Teatrının qarşısından keçəndə adam utanır, yol boyu insanlar düzülüb. İnsanlar gələn maşınlara əl edir, evinə gedə bilməsi üçün ona-buna yalvarır. Adamlar mənzil başına gedə bilmirlər. Bu problem aradan qaldırılmalıdır".скачать dle 11.3
Mojo.az Banner