Mojo.az Banner
19:57 Serbiyanın tanınmış klubu azərbaycanlı futbolçunu geri qaytardı  |     19:50 Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb  |     19:41 G20 sammitinin keçiriləcəyi tarix açıqlandı  |     19:32 Tarixdə ilk dəfə xizək alpinizmi üzrə Olimpiya çempionu müəyyənləşdi  |     19:24 Kamran Əsədov və Gündüz Abbasovun məhkəməsində şahidlər ifadə veriblər  |     19:15 "Azərbaycan və Ermənistan artıq dostlaşıblar" - Tramp  |     19:08 Bu yollarda sıxlıq var - SİYAHI  |     18:52 Qəbələdə meşə fondu torpağında qanunsuz tikinti aşkarlanıb, qanunamüvafiq tədbirlər görülüb  |     18:47 Beynəlxalq axtarışa verilmiş iki nəfər Azərbaycana ekstradisiya edilib  |     18:40 Penitensiar Xidmətinin Mühafizə alayına yeni komandir təyin edilib - Nazir əmr izaladı  |     18:19 Ermənistanda Baqrat Qalstanyan barəsində qərar verildi  |     18:00 Azərbaycanda yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb  |     17:46 Rüşvətdə ittiham olunan Səfərbərlik Xidmətinin sabiq idarə rəisi barədə QƏRAR  |     17:45 Əfsanəvi şahmatçı Yan Timman vəfat edib  |     17:28 Azərbaycanda qara kürü istehsalı 2 dəfədən çox artıb  |     17:27 Bəzi yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır  |     17:18 Məhkəmə Ruslan Eyyubovla bağlı qərar verdi  |     17:13 Qubada birinci sinif şagirdinə məktəbdə TƏCAVÜZ EDİLİB - İDDİA  |     16:54 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırıldı, digəri cərimələndi  |     16:45 Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqladı  |    
Left Banner
Right Banner

Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər - AÇIQLAMA

07.08.2025 16:34 384
Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər - AÇIQLAMA
"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir".

Bu sözləri Baku.ws-ə açıqlamasında bölgələrdəki nəqliyyat sisteminin aqibətindən danışan ekspert Elməddin Muradlı deyib.

Ekpert vurğulayıb ki, rayonlarda sərnişin daşıma və yük daşıma sistemi bir az qəlizdir və nizamlanmayıb:

"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. Bəzi bölgələrdə ümumiyyətlə bu sistem yox vəziyyətindədir. Kimlər köhnə dövrdən bu nəqliyyat sistemində çalışıbsa, onlar hardasa bir mikroavtobusla, köhnə avtobusla sərnişin daşıma xidməti göstərir. Rayon mərkəzləri var ki, orada heç ümumiyyətlə avtobus yoxdur. Elə rayon mərkəzləri var ki, məsələn avtovağzalı bir yerdədir, amma hansısa bir sahibkar özü üçün başqa bir yerdə avtovağzal düzəldib, bütün maşınları da çəkir ora və dövlətin istifadəsində olan avtovağzal boş qalır. Yəni bölgələrdə ictimai nəqliyyatla bağlı, ümumiyyətlə nəqliyyat sistemi ilə bağlı vəziyyət çox çətindir. Sərnişin daşıma olsun, yük daşıma olsun bir az qəlizdir nizamlanmayıb, hələ tənzimlənə bilməyib".

Elməddin Muradlı qeyd edib ki, rayon nəqliyyatında höküm sürən bu bərbad vəziyyətin biraz qarşısını almaq üçün hazırda mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib:

"İndi mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib. Onlayn sistem üzərindən buraxılış kartları verilir, yük daşıma fəaliyyəti üçün icazə blankları və başqa qeydiyyat prosedurları aparılır. Bunlar həmin sistemə müəyyən bir təsir göstərir".

Ekspert onu da bildirib ki, bəzən Bakıda istifadə müddətini başa vuran avtobuslar rayonlara göndərilirdi. Bu isə heç də ürəkaçan vəziyyət deyil:

"Əvvəl çox biabırçı bir ənənə var idi. Bakıda istismardan çıxarılan köhnə avtobusları bölgələrə satırdılar. Bu doğru, düzgün yanaşma deyil. Yəni bu Bakıda istismara yararsızdırsa, bölgələrdə də istifadəyə yararsızdır. Rayon camaatı niyə köhnə avtobusda gəzməlidir? Rayonlar üçündə hansısa bir imkanlar yaradılmalıdır. Amma retabellik baxımından sahibkarlar maraq göstərmir. Ona görə də bu məsələlər hansısa bir formada həllini tapmalıdır".

Elməddin Muradlı onu da vurğulayıb ki, dövlət sahibkarlara dotasiya ayırsa, rayonlardakı ictimai nəqliyyat problemi müəyyən qədər həll olunar:

"Sahibkarlar bölgədə ictimai nəqliyyat işlədə bilmir. Çünki gəlir aşağı səviyyədədir. Bölgədə nə qədər insan var, nə qədər ictimai nəqliyyata axın olacaq. Yəni dövlət bunu tənzimləməlidir, hansısa formada sahibkara dotasiya ayırmalı subsidiyalar verilməlidir. Sahibkar maraqlı olmalıdır ki, dövlət dəstəyi varsa mən bu ictimai nəqliyyat xidmətini göstərim".

"Ya da rayon icra hakimiyyətləri yenə əvvəlki qaydada bu işlə məşğul olmalıdılar. Təbii ki, burada da özbaşınalıq, rüşvətxorluq, şəxsi maraq yox ictimai maraq üstün tutulmalıdır. İndi bu məsələyə baxmaq lazımdır ki, icra hakimiyyəti bu işin öhdəsindən gələ bildimi? Vaxtı ilə onların tabeliyində idi. Hərhalda bir az qəliz məsələdir, amma kökündən həll etmək üçün dövlətin bu sahədə dəstəyinə ehtiyac var" -deyə, ekspert fikirlərinə əlavə edib.скачать dle 11.3
Mojo.az Banner