Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı köhnə avtobuslardan nə vaxt xilas olacaq? - Ekspert

22.09.2025 22:22 498
Bakı köhnə avtobuslardan nə vaxt xilas olacaq? - Ekspert
"Bu gün Bakı şəhərində 2300 avtobus sərnişinlərə xidmət edir. Müvafiq qurumların bildirdiyinə görə, sərnişinlərin ehtiyacını tam ödəmək üçün 2800 avtobusa ehtiyac var".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda avtobus daşıyıcılarının əksəriyyətinin köhnə nəqliyyatla xidmət göstərməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Eldəniz Cəfərov bu avtobusların bir qisminin öz ömrünü başa vurduğunu vurğulayıb:

"Bir qismi isə hazırda müasir sərnişin daşımada istismara yaramayan avtobuslardır. Bunlar əsasən də özəl daşıyıcıların avtobuslarıdır. Artıq belə bir fikir var ki, köhnə avtobuslar Bakı şəhəri ərazisində xidmət göstərməsin. Onlar yeni, müasir, təhlükəsiz, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunsun. Bu məqsədə nail olmaq üçün artıq Prezidentin fərmanı ilə "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılacaq".

Eldəniz Cəfərov əlavə edib ki, sözügedən fonda müəyyən daxilolmalardan sonra orada cəmləşən maliyyə və digər dövlətin dəstəyi vasitəsi ilə vətəndaşlara keyfiyyətli xidmət göstərən daşıyıcılara müəyyən maddi yardım göstəriləcək:

"Bunun müqabilində də artıq daşıyıcıların imkanı olacaq ki, onlar avtobus parklarını tam yeniləsinlər və tələb olunan avtobusları dövriyyəyə buraxsınlar. Köhnə avtobusları istismar edən və bugünkü müasir tələblərə cavab verməyən avtobusları olan daşıyıcılara bu yardım edilməyəcək. Bunu daşıyıcılar bilməlidir".

Eldəniz Cəfərovun fikirincə, onlar ya tez bir zamanda avtobus parkını yeniləməlidir, ya da öz fəaliyyətlərini başqa sahələrdə davam etdirməlidir.

Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakıda avtobus daşıyıcılarının çoxu köhnə nəqliyyatla xidmət göstərir. Sədr bildirib ki, gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir:

"27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir".

Son xəbərlər