Restoranda baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.