Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan 20 gündür Azərbaycan "TIR"larını gömrükdən buraxmır

25.11.2025 20:32 609
Gürcüstan 20 gündür Azərbaycan
20 gündən artıqdır Azərbaycan yük maşınları Batumi və Tbilisi gömrük-keçid məntəqələrində saxlanılır.

Median.Az xəbər verir ki, bu barədə "Report”a "TIR” sürücülərindən biri Aslan Kərimov məlumat verib.

Onun sözlərinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:

"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçir. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.

A.Kərimov bildirib ki, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılır. O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, onlara yazılı ərizə ilə müraciət edilib və hazırda bu işlə məşğuldurlar.

"TIR” sürücüləri "Qafqazinfo”ya bildiriblər ki, yük sahibləri Azərbaycan maşınlarına yox, gürcü maşınlarına xeyir versin deyə Gürcüstan tərəfi qeyri-rəsmi inzibati tədbirlər həyata keçirir.

Son xəbərlər