Mojo.az Banner
20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın "Mİ-8" helikopteri niyə və necə VURULDU? - Faciə vaxtı xidmət başında olan polis danışdı (Video)

20.11.2025 20:27 381
Azərbaycanın
AzTV-nin çəkiliş qrupu 1991-ci il 20 noyabr tarixində Azərbaycanda Qarakənd faciəsinin baş verdiyi ərazidə olub.

Süjetdə qeyd olunub ki, bu hadisə sadəcə bir helikopter qəzası deyil, eyni zamanda Azərbaycanın siyasi tarixinin dəyişmə nöqtəsidir.

Çünki Qarabağda baş verən münaqişələr, qarşıdurmalar, erməni silahlı birləşmələrinin və separatçıların Azərbaycan xalqını tərksilah etməsi, onlara hücumlar, mülki şəxslərin öldürülməsi və s. faciələr nəticəsində burada təhlükəsizliyi təmin etmək vacib idi.

Buna görə də Azərbaycanın siyasi dövlət xadimləri bu əraziyə səfər etdilər və bu səfər faciə ilə nəticələndi.

Hadisə zamanı polis əməkdaşı kimi fəaliyyət göstərən Elşən Əliyev həmin vaxt baş verənlər haqqında məlumat verib:

"20 noyabr günün ikinci yarısında kəndimizdə postda olarkən məlumat verildi ki, helikopter Qarakənd istiqamətində vuruldu. Həyəcan siqnalı verildi. Çox təəssüf ki, bizim ərazimiz ermənilərlə çox yaxın olduğu üçün orada işləyə bilmədik. Həyəcan siqnalına gələ bilmədik. Ancaq Ağdam polisləri həmin vaxt gəldilər. Rus əsgərləri onları buraxmadılar. Noyabrın 23-də bizi helikopterin qalıqları olan bu əraziyə gətirdilər. Rus əsgərləri ilə birlikdə Ağdamdan 4 nəfər polis işçisi bizi ayırdı ki, helikopterin qalıqlarını yığaq".

Hadisə şahidi bildirib ki, diqqətini çəkən iki məqam olub.

"İlk olaraq hadisə yerinə çatanda, helikopter düşən yerdə, iki ədəd motor yanıb, ətrafa qalıqlar səpələnmişdi. Helikopterin böyük bir hissəsi sanki aşsüzənə dönmüşdü. O qədər qəlpə deşikləri var idi ki... Mən şəxsən yaxınlaşıb ona baxdım. Əlimi vurmaq istəyən zaman bir polkovnik dedi ki, əl vurma bunlar hamısı ekspertizaya gedəcək.

Digər məqam isə qıraqda - helikopterin qalıqları olan hissədən bir az aralıda bir papaq var idi. Mən səhv etmirəmsə, o zamanlar kadrlarda o papağı Alim Mustafayevin başında görmüşdüm", - deyə o qeyd edib.

Daha ətraflı videomaterialda:скачать dle 11.3
Mojo.az Banner