Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Marsda planetə aid olmayan daş tapıldı

20.11.2025 11:45 789
Marsda planetə aid olmayan daş tapıldı
NASA-nın "Perseverance" roveri Marsın səthində qeyri-adi bir daş aşkar edib. Ehtimal olunur ki, bu daş Günəş sisteminin başqa bir hissəsindən gələn meteoritdir.

Median.Az
"Daily Mail"ə istinadən xəbər verir ki, alimlər lazer spektrometrindən istifadə edərək daşın tərkibini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

"Phobosaxla" adlandırılan, eni 80 sm olan daş Cezero kraterinin kənarında tapılıb. Onun tərkibində meteoritlər üçün xarakterik olan dəmir və nikel müəyyən edilib. Bu elementlərin kombinasiyası adətən böyük asteroidlərin nüvələrində formalaşan meteoritlərlə əlaqələndirilir və Marsda tapılan bu daşın kənarmənşəli olduğunu göstərir.

Son xəbərlər