Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Marsda nəhəng sunamiyə səbəb olan asteroidin izi tapıldı

07.08.2019 16:42 2 959
Marsda nəhəng sunamiyə səbəb olan asteroidin izi tapıldı
Üç milyard il əvvəl Marsda nəhəng sunami baş verib.

Fransa, Avstraliya və İspaniyadan olan alimlər belə qənaətə gəliblər.

Astronomlar həmin kataklizmdən sonra qalmış krateri tapıblar. Lomonosov adlı kraterin diametri 120 kilometrdir.

Ümumiyyətlə, əksər ekspertlər bir neçə milyard il əvvəl qırmızı planetdə okeanın mövcud olması fikri ilə razıdırlar. Eyni zamanda, zərbə kraterlərinin çoxluğu ondan xəbər verir ki, Marsa vaxtaşırı asteroidlər düşüb.

Əgər asteroiddən biri Marsdakı dənizə düşsəydi, planetdə nəhəng sunami yarana bilərdi. Alimlər bir neçə il əvvəl Marsda Yerdəki sunami izlərinə çox bənzər geoloji çöküntü aşkarlayıblar.

Tapıntılar göstərir ki, iri dalğa üç milyard il qabaq Böyük Şimal düzənliyindən gəlib. Alimlər kataklizmin “izini” tapmaq məqsədilə Marsın zərbə kraterlərinin siyahısını hazırlayıblar.

Mütəxəssislər “iz”in Lomonosov, Miku, Korolyov və Milankoviç kraterlərində ola biləcəyi ehtimalı üzərində dayanıblar. Lakin Lomonosov digərlərindən fərqlənir. Onun forması kraterin dəniz dibində formalaşmasından xəbər verir. Bundan başqa, onun dairə strukturu dağılıb. Araşdırmaçılar güman edirlər ki, bu, sunaminin zərbəsi nəticəsində baş verib.

Bütün bunlar o deməkdir ki, Marsda ən azı həmin fəlakətə qədər okean olub.

Son xəbərlər