Mojo.az Banner
21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |    
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabul gölü quruyub, yoxsa qurudulub?- Ekoloqdan açıqlama

18.11.2025 21:31 558
Hacıqabul gölü quruyub, yoxsa qurudulub?- Ekoloqdan açıqlama
Azərbaycanın ən böyük göllərindən biri Hacıqabul gölünün qurumasının bəzi səbəbləri açıqlanıb.

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında gölün kimlərsə tərəfindən qurudulduğu ehtimalını da irəli sürüb:

"Öncə bu araşdırılmalıdır ki, Hacıqabul gölü quruyub, yoxsa qurudulub? Gölə hardansa su gəlməlidir ki, qidalansın. Qidalanmasa, su haradan olacaq? Göl elə-belə yerdən əmələ gəlmir, ya altından qrunt suları qalxır, ya da kənardan su axını gəlir. Burada məqsəd nədir? Ola bilsin, kənardan gələn su axınının qarşısı kəsilib, suvarmada istifadə olunub. Urmiya gölü ilə bağlı da buna bənzər hadisə olmuşdu. Böyük sensasiya yaratmışdı. Gölü qəsdən qurutmuşdular. Suyun səviyyəsi aşağı düşən kimi duzluluq çoxalır. Sonra göl quruyur. Külək duzu onların yaşadığı əraziyə səpir, səhralaşma gedir. İndi Hacıqabul gölündə məqsəd nə olub, öncə bu araşdırılmalıdır".

Ekoloq hesab edir ki, gölü qidalandıran su mənbəyinin qarşısı kəsilib.

Xatırladaq ki, 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan Hacıqabul gölü quruyub.скачать dle 11.3
Mojo.az Banner