KİV: Britaniya NATO-nun köməyi olmadan "Prince of Wales" aviadaşıyıcısını istifadə edə bilməyəcək
Böyük Britaniya "HMS Prince of Wales" aviadaşıyıcısını NATO tərəfdaşlarının köməyi olmadan istifadə edə bilməyəcək.
Bu barədə "Sky News" telekanalı müdafiə dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya Hərbi Dəniz Qüvvələri hərbi və yardımçı gəmiləri, həmçinin şəxsi heyət baxımından çatışmazlıq yaşayır. Buna görə də tamhüquqlu aviadaşıyıcı zərbə qrupunun formalaşdırılması üçün müttəfiqlərin dəstəyi tələb olunur. Telekanalın həmsöhbətlərindən biri bildirib ki, London "yalnız NATO müşayiət təmin edərsə, alyansa dəstək göstərə bilər". "ABŞ tam xidmət paketini təmin edə bilər, Böyük Britaniya isə bunun üçün digər öhdəliklərindən imtina etməli olacaq", – deyə o əlavə edib.
Öz növbəsində, Böyük Britaniyanın müdafiə naziri Con Hili İtaliyaya səfəri zamanı bəyan edib ki, "Prince of Wales" aviadaşıyıcısı böhranlı vəziyyət yarandığı halda, müvafiq xəbərdarlıqdan sonra 10 gün ərzində tapşırıqları yerinə yetirməyə hazır olacaq. O vurğulayıb ki, səkkiz aylıq səfər çərçivəsində Neapola gələn gəmi gələcəkdə NATO əməliyyatlarında istifadə oluna bilər.
"Prince of Wales" 22 aprel tarixində İngiltərənin Portsmut şəhərindən yola çıxaraq Hind-Sakit okean regionuna səfər zamanı aviadaşıyıcı zərbə qrupuna rəhbərlik üçün limanı tərk edib. Dəyəri 3 milyard funt sterlinq (4 milyard ABŞ dolları) olan aviadaşıyıcı 24 ədəd vertikal enişə malik "F-35B" qırıcısı, 16 "Merlin" və "Wildcat" helikopteri, həmçinin PUA-lar daşıya bilir.
"Böyük Britaniya və son səkkiz ay ərzində aviadaşıyıcı zərbə qrupuna daxil olan 20 ölkə birlikdə qlobal təhlükəsizliyi dəstəkləməyə və möhkəmləndirməyə, həmçinin qlobal çəkindirməni təmin etməyə hazırdır", – deyə Hili "Prince of Wales" gəmisini əməliyyat tapşırıqlarına hazır elan edərkən bildirib. Beləliklə, gəmi digər Britaniya aviadaşıyıcısı "HMS Queen Elizabeth"ə qoşulub.