Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda kritik vəziyyət: Şəhərin 50 günlük suyu qalıb

17.11.2025 15:23 531
İstanbulda kritik vəziyyət: Şəhərin 50 günlük suyu qalıb
İstanbulun su anbarlarında vəziyyət kritik həddə çatıb. Doluluq göstəriciləri artıq 25 faiz sərhədinin də altına enib.

Qaynarinfo-nun məlumatına görə, meteorologiya üzrə məsləhətçisi professor Orhan Şen "CNN Türk"ə bildirib ki, İstanbulun cəmi 50 günlük suyu qalıb. Onun sözlərinə görə, təhlükə siqnalı artıq çalır, çünki yağıntılar kifayət etmir:

"Qarşıda yağışlı dövr var, lakin oktyabr və noyabr ayları da yağışlı keçməli idi, belə olmadı. Risk davam edir. Bu şəkildə qışın sonuna qədər getsək, fəlakət yaşana bilər. Gözlənilən yağış miqdarı gəlmir. Keçən həftə İstanbulda yağış oldu, amma anbarlardakı doluluğa təsir etmədi. Şəhərə gündə 3 milyon kubmetr su verilir və həmin yağış ancaq bu tələbatı kompensasiya etdi. Qarşıdakı həftəyə baxırıq – İstanbulda 5 gün, bəlkə də 7-8 gün yağış yoxdur. Yağışlar kifayət qədər deyil. Bu mövsümdə anbarlarda doluluğun davamlı olaraq yüksəlməsi lazım idi. Noyabr ayında doluluq göstəricisi 30 faizdən yuxarı olmalı idi. İstanbulda 4 böyük anbar var: Ömerli, Terkos, Böyükçəkməcə Sazlıdere. Burada əsas olan suyun ümumi həcmi deyil, istifadə oluna bilən hissəsidir. Keçən həftə bu rəqəm 200 milyon kubmetr idi, bu həftə isə 185 milyon kubmetrə düşüb. Hər keçən gün azalma davam edir".

Professor bildirib ki, hazırda 185 milyon kubmetr su mövcuddur. Bunun təxminən 10 faizi dib suyudur:

"Deməli, istifadə oluna bilən orta hesabla 150 milyon kubmetr su qalır. Gündə 3 milyon kubmetr su sərf olunduğunu nəzərə alsaq, şəhərin 50 günlük suyu var. Yağışlar bu şəkildə davam etsə, ancaq gündəlik tələbat ödənmiş olacaq. Əgər bu şəkildə cəmi 50 günlük su ilə yay mövsümünə başlasaq, o zaman fəlakət qaçılmazdır".скачать dle 11.3
Mojo.az Banner