Mojo.az Banner
13:54 Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək  |     13:52 Əmək Məcəlləsinə dəyişiklik: atalara ödənişli doğum məzuniyyəti veriləcək  |     13:40 Bakıda müştərinin “İphone-17”-si oğurlandı  |     13:39 Cəmil Həsənli DTX-yə çağırılıb  |     13:19 Bakıda illərdir istifadəsiz qalan avtobuslar (Video)  |     13:08 Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi  |     13:00 14 yaşlı qızın toyu: Valideyn həbs olundu  |     12:55 “Sizin ağanız mənəm” - Həbs edilən başçı  |     12:46 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     12:20 Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi yaxaladı (Video)  |     11:51 Tramp BBC-ni məhkəməyə verdi  |     11:43 Vergi Məcəlləsində YENİLİK: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır  |     11:41 Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK  |     11:25 Tovuzda QƏZA: Ölən var  |     11:21 Qubada ƏMƏLİYYAT: Gənc oğlanın üzərində 11 kiloqram marixuana aşkar edildi  |     11:16 Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi - "Ramiz Mehdiyev işi" böyüyür  |     23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

15.11.2025 19:31 711
İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

Median.Az
xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, İlqar Allaz oğlu Hacıyevə Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Qeyd olunub ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2016-cı ildən 2021-ci ilədək "Ezde Qrup" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.скачать dle 11.3