Mojo.az Banner
20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda alim vəfat etdi

14.11.2025 22:07 708
Azərbaycanda alim vəfat etdi
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Median.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin tanınmış nümayəndəsi, "Şöhrət” ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci ildə vəfat edib.

Kamil Mənsimov 1950-ci ildə Biləsuvarda anadan olub, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. O, uzun illər Azərbaycan MEA Kibernetika İnstitutu və Bakı Dövlət Universitetində çalışıb, riyazi kibernetika və optimal idarəetmə sahəsində fundamental tədqiqatlar aparıb.

Professor mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlərin verilməsi, yeni idarəetmə üsullarının işlənməsi və müxtəlif tip sistemlərdə məxsusi idarələrin tədqiqi ilə elmi məktəb formalaşdırıb. Onun rəhbərliyi ilə onlarla mühüm elmi nəticə əldə olunub, 325 elmi əsər, o cümlədən 5 monoqrafiya nəşr edilib. Alim 12 fəlsəfə doktoru yetişdirib.

Elmə verdiyi töhfələrə görə Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə "Tərəqqi” medalı və "Şöhrət” ordeni ilə təltif olunub.скачать dle 11.3
Mojo.az Banner