Mojo.az Banner
20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatları əsasında Türkiyədə cinayətkarlara qarşı ƏMƏLİYYAT - Video

14.11.2025 15:30 933
Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatları əsasında Türkiyədə cinayətkarlara qarşı ƏMƏLİYYAT - Video
Azərbaycan hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

O qeyd edib ki, bu gün səhər saatlarında ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri leqallaşdırmağa çalışan mütəşəkkil cinayətkar təşkilatların rəhbərlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

"Orkinos Bulut-2" adlı əməliyyat ölkə hüdudları daxilində İstanbul mərkəzli olmaqla Adana, Ağrı, Aksaray, Ankara, Artvin, Bingöl, Bursa, Diyarbəkir, Ərzurum, Hakkari, İstanbul, Qars, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Tekirdağ, Tokat və Van daxil olmaqla ümumilikdə 22 şəhərdə icra olunub. Əməliyyat öncəsi Niderland, İran, Estoniya, Sloveniya, Azərbaycan, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstan hüquq-mühafizə orqanları ilə məlumat və sənəd mübadiləsi aparılıb", - deyə Ali Yerlikaya bildirib.

Nazir bu əməliyyat çərçivəsində hədəflərində 5 ayrı beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatı olduğunu vurğulayıb.

"Bu təşkilatların cinayət törətmək məqsədilə dəstə yaratmaq, narkotik vasitələrin alqı-satqısı, cinayətdən əldə edilən gəlirlərin leqallaşdırılması kimi əməlləri törətdikləri müəyyən edilib. Bundan əlavə, şübhəlilərin ölkəmizdə və xaricdə ələ keçirilən 18 ton 129 kiloqram narkotik və 1 milyon 290 min ədəd psixotrop həb ilə bağlı olduqları müəyyənləşib. Əməliyyatımız nəticəsində ümumilikdə 138 mütəşəkkil cinayət təşkilatı üzvü saxlanılıb. Bu beynəlxalq mütəşəkkil cinayət şəbəkələrinin indiyədək müəyyən edilmiş 647 daşınmaz əmlak, 186 avtomobil, 1 holdinq, 113 şirkət, 1 quru yük gəmisi və şübhəlilərin bank hesabları daxil olmaqla, təxminən 15 milyard lirə dəyərində əmlakına həbs qoyulub", - A.Yerlikaya yazıb.

скачать dle 11.3
Mojo.az Banner