Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırdı

14.11.2025 13:39 501
ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırdı
ABŞ Prezidentinin Administrasiyası sabiq prezident Co Baydenin dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətləri tamamilə ləğv edib.

Median.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam məlumat verib.

"Biz 2024-cü il qaydalarını ləğv etməklə, Prezident Trampın Alyaskanın enerji potensialını açmaq, şimal sakinləri üçün iş yerləri yaratmaq və Amerikanın yanacaq təhlükəsizliyini gücləndirmək üçün müəyyən etdiyi xəttə uyğun hərəkət edirik", - deyə Berqam söyləyib.

Bayden dövründə qoyulan son məhdudiyyətlər ştatın şimal hissəsində federal hökumətə məxsus olan və Alyaskada milli neft ehtiyatını təşkil edən 4.3 milyon hektar ərazinin işlənməsi üçün icarəyə verilməsini qadağan edirdi. Üstəlik, 2024-cü ildə müəyyən olunmuş tənzimləmə daha 800 min hektar ərazinin işlənməsinə sərt şərtlər qoyurdu. Bu qərar Trampın "Qaz, əzizim, qaz" (Drill, baby, drill) şüarı altında ABŞ-də hasilatın genişləndirilməsi üzrə enerji siyasətinin reallaşdırılmasında əhəmiyyətli addımdır.

Agentlik bildirib ki, yerli əhalinin "Arktika inyupiatlarının səsi" birliyi (inyupiatlar Alyaskanın şimalında yaşayan, "həqiqi insanlar" mənasını verən yerli əhalidir) məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayıb, çünki yataqların inkişafı Alyaskanın şimal rayonları üçün vergi gəlirlərinə əhəmiyyətli töhfə verməlidir.скачать dle 11.3
Mojo.az Banner