Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda oğurluq edənlər saxlanılıblar

11.11.2025 22:58 753
Paytaxtda oğurluq edənlər saxlanılıblar
Noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək içərisində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin talanmasını bildirib.
 
Bu barədə DİN məlumat yayıb.
 
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.
 
Sabunçu rayonunda isə evlərin birindən 4000 manat, həmçinin rayon ərazisindəki mağazadan 300 manat talamaqda şübhəli bilinən 35 yaşlı T.Hacıyev və bir nəfər qadın da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər